EVRO MMC – Grass brendinin Azərbaycandakı rəsmi distribyutoru.
EVRO MMC, dünyaca məşhur Grass brendinin Azərbaycandakı rəsmi distribyutorudur. Şirkət 11 aprel 2024-cü ildən etibarən rəsmi olaraq Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116 ünvanında yerləşən mağazası vasitəsilə fəaliyyət göstərir.
Grass – avtomobil, ev və şəxsi gigiyena təmizliyi sahəsində peşəkar məhsulları ilə tanınan bir brenddir. EVRO MMC bu məhsulların orijinallığını və keyfiyyətini qoruyaraq Azərbaycanda müştərilərə birbaşa çatdırılmasını təmin edir.
Bizim mağazada:
Avtomobillər üçün təmizlik və qulluq vasitələri
Ev və ofis üçün peşəkar təmizlik məhsulları
Şəxsi gigiyena və dezinfeksiya vasitələri
Grass məhsulları beynəlxalq keyfiyyət standartlarına cavab verir və həm pərakəndə, həm də topdan satış üçün əlverişlidir.